İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni ABŞ-İran razılaşması: 4 mərhələli həll planının DETALLARI

İran və ABŞ münaqişənin həlli üçün dörd mərhələdə həyata keçiriləcək müvəqqəti razılaşmanı təsdiqləməyə yaxındır.

Musavat.com xəbər verir ki, məlumatı "Al-Hadath" telekanalı mənbələrə istinadən yayıb.

Bildirilir ki, Vaşinqton və Tehran arasında müvəqqəti razılaşmanın həyata keçirilməsində bir mərhələdən digərinə keçid hər mərhələdə nəzərdə tutulan "öhdəliklərin yerinə yetirilməsindən" sonra baş verəcək.

Birinci mərhələ "mövcud atəşkəsin möhkəmləndirilməsi", "bölgədə hər hansı bir eskalasiyanın və ya yeni cəbhələrin açılmasının qarşısının alınması" və birbaşa hərbi əməliyyatlardan çəkinməyi əhatə edir.

İkinci mərhələ dəniz təhlükəsizliyinə və Hörmüz boğazına yönəlib və dəniz blokadasının qaldırılmasını, dəniz yollarının və enerji boru kəmərlərinin təhlükəsizliyini təmin etmək üçün tədbirləri nəzərdə tutur.

Mənbələrə görə, üçüncü mərhələ sanksiyaların məhdud şəkildə yumşaldılmasını və İranın xaricdəki aktivlərinin qismən azad olunmasını nəzərdə tutur.

Son mərhələdə tərəflər uranın zənginləşdirilməsi səviyyələri və beynəlxalq monitorinq mexanizmləri daxil olmaqla, İranın nüvə dosyesini müzakirə etməyi planlaşdırırlar.

Mənbələr bildirir ki, bu mərhələ aylarla əlavə danışıqlar tələb edə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR