Onlayn ictimai-siyasi qəzet
Sankt-Peterburqda meymunçiçəyi (mpox) virusuna iki yoluxma faktı rəsmi olaraq təsdiqlənib.
Musavat.com xəbər verir ki, xəstələr orta ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.
Həkimlərin məlumatına görə, xəstəliyin əsas əlamətləri bunlardır:
yüksək hərarət
ümumi intoksikasiya və halsızlıq
limfa düyünlərinin böyüməsi
dəridə əvvəl ləkə, sonra isə irinli yaraya çevrilən səpkilər
Virus yaxın təmas zamanı ötürülür — həm heyvandan insana, həm də insanlar arasında.
Bundan əvvəl oxşar hallar Moskva vilayətinin Domodedovo şəhərində də qeydə alınmışdı. Orada ilk xəstənin kontaktları da daxil olmaqla üç nəfər yoluxmuşdu.
Musavat.com
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ