İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova onu cavabsız qoymadı: "Pozğunların yaş fantaziyası..."

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyanın müdafiə naziri Con Hilinin prezident Vladimir Putinin “oğurlanması” ilə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

Musavat.com xəbər verir ki, Zaxarova nazirin açıqlamalarını “böyük britaniyalı pozğunların yaş fantaziyaları” adlandırıb.

Qeyd edək ki, Böyük Britaniyanın müdafiə naziri Con Hili Kiyevə səfəri zamanı jurnalistlərə açıqlamasında ABŞ-nin Venesuela prezidenti Nikolas Maduronun “oğurlanması” ilə bağlı ssenarini xatırladaraq, analoji halda Rusiya prezidenti Vladimir Putini seçəcəyini və bununla da onu “məsuliyyətə cəlb etməyin” mümkün olacağını iddia edib.

Bu açıqlamalar Moskvanın kəskin etirazına səbəb olub. Rusiya XİN nümayəndəsi Mariya Zaxarova bildirib ki, bu cür bəyanatlar reallıqdan uzaqdır və ciddi qəbul edilə bilməz.

Şahanə Rəhimli
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR