İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Afinaya getdi: Mühüm saziş İMZALADI - VİDEO

Ukrayna prezidenti Volodimir Zelenski Yunanıstana rəsmi səfər edib.

Musavat.com xəbər verir ki, onu Afina hava limanında Yunanıstanın baş nazirinin müavini Kostis Hadzidakis qarşılayıb.

Zelenskinin səfəri çərçivəsində Ukrayna və Yunanıstan arasında təbii qazın Ukraynaya satışına dair saziş imzalanıb. Sazişə əsasən qazın daşınmasına 2026-cı ilin yanvar ayında Aleksandrupolisdən Odessaya başlanacaq.

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis bildirib ki, Ukrayna sabit enerji mənbələrinə çıxış əldə edəcək, Yunanıstan isə ABŞ-ın mayeləşdirilmiş qazının Mərkəzi və Şərqi Avropaya nəqlində əsas tranzit ölkəsinə çevrilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR