Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Berlin sammiti münaqişənin gedişinə real təsir göstərə biləcək mühüm mərhələdir.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, ABŞ və Avropa tərəfdaşları ilə “sülh planı” ətrafında keçirilən danışıqlar bu gün və sabah davam edəcək.
Prezident qeyd edib ki, görüşlərdə 20 maddədən ibarət çərçivə planı müzakirə olunur. Sənədin son hissəsində atəşkəsin əldə edilməsi, eləcə də Ukrayna üçün təhlükəsizlik zəmanətləri əsas yer tutur.
Zelenskinin vurğuladığına görə, Berlin formatında aparılan danışıqlar təkcə diplomatik səviyyədə deyil, həm də birbaşa cəbhədəki vəziyyətə təsir göstərə biləcək qərarların qəbuluna imkan yarada bilər.
Musavat.com
16 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ