İnsanlara hürriyət, millətlərə istiqlal!

Ziyarətgahda KÜTLƏVİ DAVA - VİDEO

Məşhəd şəhərində İmam Rza ziyarətgahının həyətində keçirilən əzadarlıq mərasimi iki qrup arasında kütləvi qarşıdurma ilə nəticələnib.

Musavat.com "Azad Iran"a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə görə, Təbriz və Yəzd şəhərlərindən gələn iki əzadarlıq dəstəsi mərasim zamanı əvvəlcə sözlü mübahisə edib.

Bir neçə dəqiqədən sonra mübahisə fiziki davaya çevrilib.

Kadrda tərəflərin əllərindəki çubuqlarla bir-birinə hücum etdiyi, bir neçə nəfərin döyüldüyü görünür.

Hadisənin səbəbləri və xəsarət alanların sayı barədə rəsmi məlumat verilməyib.

@@TVmusavat/152941@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR