İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda xal qalmadı, xal cəhənnəmə, bu, nə haldır...

Dünən axşam gündəm dəyişsə də, o mövzuda deyiləcəklər hələ bitməyib. Gərək söhbətin, oxumuş adamlar demişkən, rezümesini verək, parafrazını çıxaraq.

Əslində gündəm elə 46 gün əvvəlki, akademikin ağır maddələrlə ev dustağı edildiyi gün əmələ gələn gündəmdir. Sadəcə, bu müddət ərzində o böyük gündəmin yanında xırda-xırda gündəmciklər peyda olub və biz o mövzuları tezbazar müzakirə edib bitirmişik. Böyük gündəm isə dəyişməyib, hələ də akademiklə bağlıdır. Hazırda orqanlar müəllimin ehtimal olunan 50 nəfərlik komandası ilə işləyirlər. Necə deyərlər, istintaqın sonunu, məhkəmənin ədalətini gözləyək. “Qafqaz əsiri” filminin axırında bu barədə yaxşı bir ifadə var, Qorxaq deyir ki, “ən humanist məhkəmə bizim məhkəmədir”.

Qayıdaq erməni ilə qucaqlaşmaq məsələsinə. Akademikin haqq-hesabına baxmayın, erməni ilə qucaqlaşmaq məsələsi insanlarımızın hisslərinə toxunub, ona görə də bu mövzuda təxminən 7 milyon status, şərh yazılıb, hələ də davam edir.

Aydın olur ki, biz millət olaraq indilərdə ermənilərlə qucaqlaşmağa hazır deyilik. Fizioloji-bioloji mənada bəlkə də problem olmazdı, sırf psixoloji cəhətdən hazır görünmürük. Şair demişkən, “hissim sənə 'gəl-gəl' dedi, əqlim dedi ,get-get” məsələsi… Hərçənd hiss coşandan sonra adamda dərin əql-zad qalmır.
Bax, elə S. və Ş. adlı müğənnilərimizin erməni sənətçilərlə səmimi münasiəbtlər sərgiləməsi də, hiss olunur ki, hisslərin coşması məsələsidir, əql məsələsi deyil. Məsələdə əqlin rolu olsaydı, xanımlar düşünərdi ki, ilin-günün bu vaxtında belə hərəkət olmaz, kənardan pis görünər.

İndi heç nə yox, qalmışıq erməni axçilərinin dilində-ağzında, deyirlər, azərbaycanlı qadınlar erməni gədələrlə qucaqlaşmaq üçün bəhanə axtarırmışlar.

Bunu həzm etmək olmur. Görün, kimlər kimə nə deyir? Erməniyə 12 xal vermək, ermənini “ustadım” adlandırmaq boş şeydir, əsas məsələ budur. S. və Ş. xanımlar bizi aparıb salıblar gicitkənliyə, əl-ayağımız dalanır.

Burada heysiyyət məsələsi var. Bu hərəkətə qarşı olanlar özlərini ona görə təhqir olunmuş sayırlar. Belə baxanda S. və Ş.-nin təmas qurduğu erməni sənətçilər klassik mənada kişiyə oxşamırlar heç, cinsi azlıqlara oxşayırlar, amma yenə də kənardan pis görünür.

Yaxşı, bəs əksinə olsaydı, bir erməni qadın sənətçisi hansısa müsabiqədə bizim sənətçi oğlana 12 bal versəydi və ona yaxınlaşıb sarmaş-dolaş olsaydı, o zaman ermənilər ona nə deyərdi, biz nə deyərdik?
Ermənilər deyərdi, axx, porrnik. (Yeri gəlmişkən, bu ifadə “porno” sözünə yaxındır).

Amma biz deyərdik, yaxşı eləyirsən, qaqa. Sonra qürur da duyardıq, deyərdik, düşmən qızları belə azərbaycanlı oğlanların cazibəsinə dayana bilmirlər, bax, biz belə oğlanıq, elə əsgərik.

İndi o tərəfdə ermənilər elə deyir və bu bizim şəstimizə toxunur. Belə bir ikili standart: azərbaycanlı qız erməni oğlanı qucaqlasa, bu, pisdir, amma erməni qız azərbaycanlı oğlanı qucaqlasa, “eşq olsun, qaqa”.
O vaxt, münaqişənin yeni başladığı illərdə Xankəndi erməniləri xalqımıza qarşı bu cür söhbətlər eləmişdi, yeni açılmış Şuşa televiziyasında İlhami adlı bir aparıcı canlı efirdə onlara elə bir abır verdi ki, söhbət onunla da bağlandı. Detallara varmıram, amma onun sözünün rezümesi belə oldu ki, siz namusdan danışmayın, Stepanakert (o vaxt adı beləydi) bütün Qarabağ mahalının … xanasıdır (yəni Taylandı, Pattayası).

Bu yerdə təxminən 25 il öncə İrəvana səfər edən jurnalistlərdən ibarət nümayəndə heyətinin tərkibindəki “rusdilli” qızların özlərini nalayiq aparması epizodunu da xatırlamaq gərəkdir. Azərbaycanın dərd-sərindən, faciələrindən xəbərsiz olan bu “qadıncığaz”lar özlərini İrəvanda İbizaya dincəlməyə getmiş turistlər kimi aparır, Koçaryanın mühafizəçiləri ilə, türkün sözü, çıxmaq istəyirmişlər. Nümayəndə heyətinin kişiləri onlara deyib ki, millətin papağını yerə soxmayın, amma deyilənə görə, o “qansız”lar öz nəsillərinin kişilərinin papağını yerə soxmağa macal tapıblar.

Bir sözlə, millətlərarası qarşılıqlı cəzbetmə məsələsi nə qədər güclü olsa da, tələsmək lazım deyil, qoyun sülh sazişi imzalansın, xalqlar arasındakı düşmənçilyə son qoyulsun, ondan sonra kimin kimlə harada imsiləşməsi, cütləşməsi heç kimə çöçün görünməyəcək. Hazırda isə ən yüngül təmas ortalığı qarışdırır.
Günün parafrazı da bu olsun: Bir zamanlar İrəvanda xal qalmırdı, indi də Bakıda xal qalmadı, hamısını yığıb verdik İrəvana.

P.S. Yazıda adı çəkilməyən qadınlardan birinin banan oynatması məsələsi isə lap biabırçılıqdır. Allah gələcəkdə Akif Nağıya rəhmət eləsin.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

04 Iyun 2026

02 Iyun 2026

30 May 2026

22 May 2026

20 May 2026

18 May 2026

16 May 2026

14 May 2026

12 May 2026

09 May 2026

07 May 2026

05 May 2026

03 May 2026

01 May 2026

30 Aprel 2026

28 Aprel 2026

25 Aprel 2026

23 Aprel 2026

21 Aprel 2026

19 Aprel 2026

16 Aprel 2026

14 Aprel 2026

12 Aprel 2026

10 Aprel 2026

07 Aprel 2026

05 Aprel 2026

02 Aprel 2026

31 Mart 2026

28 Mart 2026

26 Mart 2026