Onlayn ictimai-siyasi qəzet
Rusiya 2025-ci ilin sonuna qədər 12 min Şimali Koreya vətəndaşını “Şahed” dronlarının istehsalına cəlb etmək istəyir.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Şimali Koreyalıların uzun mənzilli dronların istehsal olunduğu Tatarıstandakı Alabuqa şəhərinə göndərilməsi planlaşdırılır.
Rusiya rəsmiləri Şimali Koreyanın işçi qüvvəsini təmin edən "Jihyang Technology Trade Company" şirkətinin nümayəndələri ilə görüş keçirərək əməkdaşlıq şərtlərini müzakirə ediblər.
Rusiya tərəfi işçilərə saatlıq 2,5 ABŞ dolları ödəməyi və hər bir növbənin ən azı 12 saat davam edəcəyini vəd edib.
Musavat.com
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ