İnsanlara hürriyət, millətlərə istiqlal!

2050-ci il üçün DƏHŞƏTLİ PROQNOZ: Xərçəngdən ölənlərin sayı 75% artacaq

2050-ci ilə qədər xərçəngdən ölümlərin sayı ciddi şəkildə arta bilər.

Musavat.com xəbər verir ki, bu barədə “The Lancet” jurnalında dərc olunan araşdırmada bildirilir.

"Global Burden of Disease" (GBD) proqramının 2000-dən çox tədqiqatçısının hesabatına əsasən, 1990-2023-cü illərdə yeni xərçəng hadisələrinin sayı iki dəfədən çox artaraq 2023-cü ildə 18,5 milyon nəfərə çatıb.

Ölümlərin sayı isə 74% artaraq 10,4 milyon nəfərə yüksəlib.

Araşdırma göstərir ki, 2050-ci ildə yeni xərçəng diaqnozlarının sayı 30,5 milyon, ölümlərin sayı isə 18,6 milyon nəfərə çata bilər. Bu da müvafiq olaraq 61% və 75% artım deməkdir.

Tədqiqatın həmmüəllifi Liza Forsun sözlərinə görə, artımın əsas səbəbləri əhali yaşının artması və demoqrafik böyümədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Sentyabr 2026

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR