İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ bankının Yaxın Şərqdəki filialları VURULDU

İran Dubay və Manamada yerləşən ABŞ-nin "Citibank" filiallarına hücum edib. Bu addım ABŞ və İsrailin Tehrandakı banklara zərbələrindən sonra atılıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi, general Əli Məhəmməd Naini məlumat verib.

“Amerika banklarına edilən hücum düşmənin 2 İran bankına qarşı həyata keçirdiyi təcavüzə cavabdır. Əgər düşmən bu addımı təkrar edərsə, bölgədəki bütün Amerika bankları bizim qanuni hədəfimiz olacaq”, - deyə iranlı general bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR