İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ bu təyyarələrin istehsalına əlavə 10 milyard AYIRDI

ABŞ Hərbi Hava Qüvvələri C-130J "Super Hercules" hərbi nəqliyyat təyyarələrinin istehsalı üçün "Lockheed Martin" ilə müqaviləsini 10 milyard dollar artıraraq 25 milyard dollara çatdırıb.

Musavat.com xəbər verir ki, məlumatı Pentaqonun mətbuat xidməti yayıb.

Müvafiq açıqlamada qeyd olunur ki, bu dəyişiklik nəticəsində müqavilənin ümumi nominal dəyəri 15 milyard dollardan 25 milyard dollara qədər artır.

Müqavilə 16 iyul 2035-ci ilə qədər tamamlanmalıdır. Həmin tarixə qədər istehsal olunacaq təyyarələrin dəqiq sayı göstərilməyib. ABŞ tərəfi təyyarələrin bir hissəsini Avstraliya, Almaniya, Misir, Yeni Zelandiya, Norveç, Filippin və Fransaya satmağı planlaşdırır.

ABŞ Hərbi Hava Qüvvələri həmçinin "Boeing" ilə B-52 "Stratofortress" strateji bombardmançı təyyarələri üçün mühərrik dəyişdirmə xidmətləri üçün 2 milyard dollarlıq müqavilə bağlayıb. Müqavilənin 31 may 2033-cü ilə qədər tamamlanması planlaşdırılır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR