İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da nəhəng hərbi gəmiqayırma zavodu tikilir

ABŞ Hərbi Dəniz Qüvvələri İkinci Dünya Müharibəsindən bəri ölkənin ən böyük gəmiqayırma zavodunun tikintisinə başlayır.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bunu gəmiqayırma kompleksinin tikiləcəyi Merilenddə çıxışı zamanı deyib:

“Bu gün rəsmi olaraq ABŞ-da ən böyük yeni gəmiqayırma zavodunun tikintisinə başlayırıq. Bu, İkinci Dünya Müharibəsindən bəri baş verməyib. Bu gün gördüyümüz işlərdən heç biri əvvəllər görülməyib. Baltimor və Sparrows Pointdəki bu gəmiqayırma zavodunun işçiləri, sözün əsl mənasında, 100 ildən çoxdur ki, Amerikanın sənaye qüdrətinin ayrılmaz hissəsi olublar. Amerika gəmiqayırma şirkətləri məhz bu sahillərdə ABŞ Hərbi Dəniz Qüvvələrinin ilk freqatlarından birini tikiblər”.

Daha əvvəl, pilotluvə pilotsuz nəqliyyat vasitələrinin hazırlanması və istehsalında ixtisaslaşmış Anduril Industries şirkəti, 2030-cu ildə fəaliyyətə başlaması planlaşdırılan yeni “Arsenal-2” gəmiqayırma zavoduna 3,7 milyard dollar sərmayə qoyacağını açıqlamışdı. Bu zavod “Virciniya” sinifli sualtı qayıqlar üçün komponentlər istehsal edəcək. Anduril şirkətinin həmçinin ABŞ Hərbi Dəniz Qüvvələri ilə sualtı qayıqların tikintisi üçün 2,9 milyard dollarlıq müqaviləsi var. Tramp əlavə edib ki, ABŞ hökuməti yeni gəmiqayırma zavodunda 40 faiz paya sahib olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR