Onlayn ictimai-siyasi qəzet
ABŞ Rusiya hərbi strukturlarına qarşı geniş sanksiya tətbiq edib.
Musavat.com xəbər verir ki, müvafiq bildiriş Dövlət Departamentinin saytında yerləşdirilib.
Sənədə əsasən sanksiyalar İran, Şimali Koreya və Suriyaya qarşı ABŞ-ın nüvə və kütləvi qırğın silahının yayılmaması qanunlarının pozulmasına görə tətbi edilib: "24 iyul 2026-cı ildə ABŞ hökuməti İran, Şimali Koreya və Suriyaya qarşı Nüvə Silahının Yayılmaması Qanununun 3-cü bölməsində nəzərdə tutulan tədbirləri həyata keçirib".
Sanksiya siyahısına Rusiya Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsi, Qabaqcıl Xidmətlərarası Tədqiqatlar və Xüsusi Layihələr Departamenti, Rusiya Quru Qoşunları və 1061-ci Logistika Mərkəzi daxildir. Həmçinin, Gideon Alpha və International Invest Company MMC-yə də məhdudiyyətlər tətbiq edilib.
Onların törəmə müəssisələri və hər hansı hüquqi varisləri sanksiyalara məruz qalır.
Bundan əlavə, sanksiya siyahısına Rusiya vətəndaşları Andrey Qusev, Andrey Kosolapov, Vladislav Morozik, Aleksandr Prixodko və Sergey Tsibarev daxildir.
Qəbul edilən tədbirlərə əsasən, ABŞ hökumətinin heç bir departamenti və ya agentliyi bu xarici qurumlardan hər hansı bir mal, texnologiya və ya xidmət ala və ya müqavilə bağlaya bilməz.
ABŞ agentliklərinə də onlara hər hansı bir dəstək göstərmək, hərbi məhsul satmaq və ya lisenziya vermək qadağandır. Bu tədbirlər qüvvəyə mindiyi tarixdən etibarən iki il müddətində qüvvədədir. İstisnalar ABŞ Dövlət Katibinin qərarı ilə edilə bilər.
Musavat.com
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ