İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ səfirliyindən Nəriman Axundzadə ilə bağlı AÇIQLAMA

ABŞ səfirliyi azərbaycanlı futbolçu Nəriman Axundzadəni ABŞ-ın Ohayo ştatını təmsil edən “Columbus Crew” klubu ilə müqavilə imzalaması münasibətilə təbrik edib.

Musavat.com xəbər verir ki, səfirlik bununla bağlı sosial şəbəkə hesabında təbrik mesajı yayımlayıb.

Bildirilib ki, “Qarabağ”ın heyətində nümayiş etdirdiyi oyunla rəğbət qazanan istedadlı gənc hücumçu Major League Soccer (MLS) ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur.

“Eyni zamanda “Qarabağ” klubuna bu axşam Çempionlar Liqasında uğurlar və inamlı qələbə arzulayırıq!”, - səfirliyin mesajında qeyd olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR