İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ üçün diplomatik şok: İranla şərtsiz danışıqlar...

ABŞ son ana qədər İrana qarşı maksimum təzyiq siyasətini davam etdirmək niyyətində olub.

Musavat.com xəbər verir ki, İranın İstanbuldakı danışıqlardan imtina etməsindən sonra Vaşinqton mövqeyini dəyişməyə məcbur qalıb. Bu barədə məlumatı Axios yayıb.  Məlumata görə, Yaxın Şərqin 9 dövləti ciddi diplomatik təzyiq göstərərək ABŞ-ı İranla danışıqları Omanda aparmağa razı salıb. Bu proses Vaşinqtonun əvvəlki sərt xəttinin faktiki olaraq iflasa uğradığını göstərib.

Bildirilir ki, ABŞ artıq İrandan proksi qüvvələrə dəstəyin dayandırılmasını tələb etməyəcək, eyni zamanda ballistik raketlərin uçuş məsafəsi ilə bağlı şərtlər də danışıqlar gündəmindən çıxarılıb. Bu addımlar ABŞ-ın əvvəlki mövqeyindən ciddi geri çəkilmə kimi qiymətləndirilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR