İnsanlara hürriyət, millətlərə istiqlal!

“Arka Sokaklar”ın məşhur aktyoru qocalar evinə yerləşdirildi - FOTO

Türkiyənin məşhur "Arka Sokaklar" serialında Vedat Müdir obrazı ilə tanınan aktyor Murat Ormiyakın hazırda qocalar evində yaşadığı məlum olub.

Sənətçi mövcud durumu ilə bağlı səmimi açıqlamalar verib. Aktyor bildirib ki, uzun müddətdir ekranlardan uzaq qalıb və artıq yeni layihə təklifləri almır.

Murat Ormiyak qeyd edib ki, İstanbulun Taksim bölgəsində yerləşən qocalar evində qalır və bu vəziyyət onu ruhdan salıb:

"'Arka Sokaklar" serialını çox darıxıram. Hazırda Taksimdə qocalar evindəyəm. Artıq mənə heç bir təklif gəlmir. Özümü xoşbəxt hiss etmirəm".

Aktyorun bu etirafları sosial şəbəkələrdə kədər və empatiya ilə qarşılanıb, sənət adamlarının sonrakı həyat şəraiti ilə bağlı müzakirələrə səbəb olub./Milli.az/

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR