Onlayn ictimai-siyasi qəzet
"The Guardian" nəşri ABŞ prezidenti Donald Trampın Avropa İttifaqı və Böyük Britaniyanın enerji təhlükəsizliyi üzərində təsir imkanlarını artırdığına dair təhlil dərc edib.
Musavat.com xəbər verir ki, nəşrin yazdığına görə, Rusiya qazından imtina edən Avropa ölkələri getdikcə daha çox ABŞ-dan idxal olunan mayeləşdirilmiş təbii qazdan (SPQ) asılı vəziyyətə düşüb. Bu isə Vaşinqtonun enerji bazarındakı siyasi və iqtisadi təsirini əhəmiyyətli dərəcədə artırır.
Məqalədə vurğulanır ki, son dövrlər ABŞ–Avropa münasibətlərində yaranan gərginlik fonunda bu asılılıq ciddi risklər yarada bilər. Xüsusilə qiymətlərin bahalaşması ehtimalı Avropa və Böyük Britaniyada istehlakçıların enerji xərclərinin artmasına gətirib çıxara bilər.
"The Guardian" qeyd edir ki, ABŞ enerji ixracatını geosiyasi alət kimi istifadə edə biləcək mövqeyə yaxınlaşır və bu vəziyyət Avropa paytaxtlarında strateji narahatlıq doğurur. Ekspertlər hesab edirlər ki, mövcud vəziyyət Aİ-ni alternativ enerji mənbələri və təchizat marşrutları axtarmağa daha da məcbur edəcək.
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ