İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Ankaraya yaxınlaşır

Avropa–Türkiyə münasibətlərində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan yeni razılaşmalar əldə olunub.

Musavat.com xəbər verir ki, Avropa İttifaqı ilə Türkiyə Gömrük İttifaqının modernləşdirilməsi, eləcə də təhlükəsizlik, nəqliyyat, energetika və rəqəmsallaşma sahələrində əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.

Razılaşma çərçivəsində Türkiyə vətəndaşları üçün çoxgirişli Şengen vizalarının verilməsinin sadələşdirilməsi də planlaşdırılır. Bu addım insan təmaslarının, biznes əlaqələrinin və turizmin genişlənməsinə əlavə impuls verə bilər.

Eyni zamanda, Avropa İnvestisiya Bankı xətti ilə birgə layihələrin dəstəklənməsi gündəmdədir. Xüsusilə nəqliyyat-logistika, enerji keçidi və rəqəmsal infrastruktur sahələrində investisiya imkanlarının artacağı gözlənilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR