İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan benzini İrəvanda hər şeyi "alt-üst" etdi: benzin və maye qaz bazarı çalxalanır

Ermənistanın yanacaq bazarında gözlənilməz dəyişikliklər yaşanır.

Musavat.com xəbər verir ki, Azərbaycan benzininin Ermənistan bazarına daxil olmasından sonra ölkədə benzinin qiyməti qısa müddətdə sürətlə ucuzlaşmağa başlayıb.

Müşahidələrə görə, Azərbaycan mənşəli benzinin satışa çıxarılması rəqabəti artırıb və bu da qiymətlərin aşağı düşməsinə səbəb olub. Paralel olaraq isə fərqli mənzərə yaranıb: benzin ucuzlaşdığı halda, mayeləşdirilmiş qazın qiymətində ciddi artım qeydə alınıb.

Son günlər ərzində maye qazın qiyməti 160 dramdan 260 drama qədər yüksəlib. Hətta dünən axşam saatlarınadək bir sıra yanacaqdoldurma məntəqələrində qaz qıtlığı da müşahidə olunub. Qeyd edilir ki, Ermənistan mayeləşdirilmiş qazı əsasən Rusiyadan, qismən isə İrandan və İraqdan idxal edir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR