Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri zamanı diqqətçəkən bir məqam kameraların obyektivinə tuş gəlib.
Musavat.com xəbər verir ki, paytaxtda rəsmi qarşılanma mərasimi zamanı vitse-prezidentin həyat yoldaşı Uşa Vens onunla sağollaşarkən səmimi bir an yaşanıb. Ayrı-ayrı avtomobillərlə hərəkət etməzdən əvvəl xanımı Vensə yaxınlaşaraq onu öpüb. Həmin an fotoqraflar tərəfindən lentə alınıb.
Kadrlər qısa müddət ərzində sosial şəbəkələrdə yayılıb və viral xarakter alıb. İstifadəçilər bu görüntünü həm diplomatik səfərin insani tərəfi, həm də rəsmi protokol fonunda səmimi jest kimi dəyərləndiriblər.
Sosial mediada yayılan fotoda fon olaraq rəsmi qarşılama mərasiminin atributları – fəxri qarovul və hava limanı ərazisi – görünür. Bu isə rəsmi səfər çərçivəsində baş verən hadisəyə əlavə simvolik çalar qatıb.
Qeyd edək ki, ABŞ vitse-prezidentinin Bakıya səfəri çərçivəsində bir sıra rəsmi görüşlərin keçirilməsi planlaşdırılıb.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ