Onlayn ictimai-siyasi qəzet
“Həyatda başıma çox işlər gəlib. Məşhurlaşmazdan bir il əvvəl həbs olunmuşdum. Peşmanam indiki o əməlimdən də, hərəkətimdən də. Özüm nümunədir deyə də bilmirəm. Çox peşmanam. O vaxt bıçaqlanma hadisəsi olmuşdu bir yerdə, həbs olundum”.
Musavat.com bildirir ki, bu sözləri tanınmış fitnes məşqçisi Kamil Zeynallı “Zarafat bir yana” verilişində deyib.
Kamil Zeynallı həbs olunmasına səbəb olan hadisənin təfərrüatlarını da açıqlayıb. Onun sözlərinə görə, hadisə dostunun nişanlısına sataşılması ilə bağlı yaranan mübahisə zamanı baş verib:
“Dostumuz, qonşumuz var idi, onun nişanlısına sataşmışdılar o vaxt. İki nəfər getmişdi söhbətə ki, “Bilirsiniz, sataşmısınız, bir üzr istəyin, söhbət bağlansın”. Amma qarşı tərəf çox sayda üstümüzə gəlmişdilər. Orada dava olmuşdu, məni vurmuşdular, mən də anlaqsız vəziyyətdə olmuşdum. Boynumun arxasından vurmuşdular, baş-beyin çevrilmişdi, bilməmişdim ki, elədiyim hərəkəti etmişəm. Sonra axşam həbs olundum. Bir ilə yaxın bir müddət oldu. Şərti şərtlə buraxmışdılar o vaxtı və ondan sonra mənim həyatımın dönüş nöqtəsi oldu”.
Kamil Zeynallı həbsdə keçirdiyi müddətin onun həyata baxışını dəyişdirdiyini deyib. O bildirib ki, həmin dövrdə həyatını və gələcəyini ciddi şəkildə götür-qoy edib:
“Çünki həbsdə olduğum müddətdə çox şeyi götür-qoy elədim. Ondan sonra da işlədim. Anam gözü yaşlı qalmışdı. Təbii ki, bir övladam. Allah hər kəsin köməyi olsun".
Xalidə,
Musavat.com
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ