Onlayn ictimai-siyasi qəzet
"Trabzonspor"un misirli dünya ulduzu Məhəmməd Salahı transfer etməsindən sonra 25 min azarkeş onu qarşılamaq üçün Trabzon Hava Limanına axışıb.
Çempionluq bayramını xatırladan möhtəşəm coşqu ilə qarşılanan Məhəmməd Salah minlərlə azarkeşi qarşısında görəndə heyrətini gizlədə bilməyib.
Musavat.com xəbər verir ki, böyük həyəcan keçirdiyini bildirən Salah Trabzonda verdiyi ilk açıqlamada bunları deyib:
"Burada 25 min insan var, bu, inanılmazdır. Belə bir mənzərəni heç vaxt görməmişəm. Karyeram boyu hər yerdə uğur qazanmışam.
"Trabzonspor"da da böyük uğurlar yaşamaq istəyirəm".
Dünyaca məşhur futbolçu hava limanında toplaşan minlərlə bordo-mavili azarkeşlə birlikdə məşhur "üçlü" tribun çağırışını da edib.
Klubun yaydığı məlumata görə, Məhəmməd Salah üçün sabah saat 19:30-da "Papara Park" stadionunda rəsmi imza mərasimi keçiriləcək.
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ