İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir hərəkəti ilə aləmi qarışdırdı: Hər kəsi qəzəbləndirən GÖRÜNTÜ

Honq-Konqda bir alış-veriş mərkəzində yerləşən kafe ilə bağlı yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İddialara görə, bir cütlük ev heyvanları üçün istifadə etdikləri su qabında qalan mayeni kafenin təqdim etdiyi içki stəkanına boşaldıb. 

Musavat.com xəbər verir ki, məlumata görə, hadisə Honq-Konqun Yau Tonq bölgəsində yerləşən alış-veriş mərkəzindəki zəncir kafelərdən birində baş verib. Sosial şəbəkədə paylaşım edən şəxs bildirib ki, cütlük ev heyvanlarının qəbul edilmədiyi hissəyə itləri ilə daxil olub. Daha sonra it üçün istifadə edilən qatlanan su qabında qalan maye insanların istifadəsi üçün verilən stəkana tökülüb.

Paylaşılan fotoşəkildə cütlüyün masa arxasında oturduğu, masada yemək və içkilərin olduğu, itin isə xüsusi heyvan arabasında yerləşdiyi görünür. Görüntülər yayıldıqdan sonra bir çox istifadəçi davranışı gigiyena qaydalarına zidd və ictimai məkanlarda qəbuledilməz addım kimi qiymətləndirib.

Bəzi istifadəçilər hadisənin restoran və kafelərdə ev heyvanları ilə bağlı qaydaların sərtləşdirilməsinə səbəb ola biləcəyini bildiriblər. Digərləri isə belə halların bütün heyvan sahibləri haqqında mənfi rəy formalaşdırdığını vurğulayıblar. Qida təhlükəsizliyi və ictimai sağlamlıqla bağlı narahatlıqlar da müzakirələrin əsas mövzularından biri olub.

Hadisədən sonra nə kafe rəhbərliyi, nə də alış-veriş mərkəzinin administrasiyası tərəfindən rəsmi açıqlama verilməyib. Bununla belə, görüntülər sosial şəbəkələrdə yayılmağa davam edir və istifadəçilər arasında müzakirələr səngimir.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR