Onlayn ictimai-siyasi qəzet
Suriya keçid hökuməti Rusiya qoşunlarından ölkədəki üç hərbi bazadan birini - Suriyanın şimalındakı Qamışlı şəhərində yerləşən aerodromu tərk etmələrini istəyə bilər.
Publika.az xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan Suriya mənbəsi “Kommersant” nəşrinə açıqlama verib.
Mənbənin sözlərinə görə, Qamışlının yerləşdiyi Həsəkə əyalətinin kürdlərin nəzarətindən çıxaraq mərkəzi hökumətin tabeliyinə keçməsindən sonra aerodromun statusu ilə bağlı danışıqlara başlanıla bilər. Bildirilir ki, yanvarın 20-si axşam saatlarında Dəməşq kürd komandirlərinə Həsəkənin vahid dövlət strukturlarına dinc şəkildə inteqrasiyası üçün plan hazırlamaq məqsədilə dörd gün vaxt verib.
“Kommersant”ın mənbəsinə görə, Suriya tərəfi məsələni mümkün qədər sərt formada qoya və Rusiya qüvvələrinin Qamışlıdan tam çıxarılmasını tələb edə bilər. Bu yanaşma bölgədə dəyişən hərbi-siyasi vəziyyət və xarici oyunçuların rolunun azalması ilə əlaqələndirilir.
Şimali Kürdüstandan olan kürdlər Türkiyə sərhədinə hücum edərək Kobani şəhərinə keçmək niyyətindədirlər.
Bu barədə "Kürdüstanın Səsi" Telegram kanalı məlumat yayıb.
Kanal yazır ki, Türkiyə ordusu Kobani şəhərinin qarşısındakı sərhəddə əsgərlər yerləşdirir.
Qeyd edək ki, Suriya hökumət qüvvələri və müxtəlif silahlı qruplar ölkənin kürd yaşayış məntəqələrinə qarşı hərbi əməliyyatlara başlayıblar.
Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız Ağ Partiyanın sədri Tural Abbaslıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ