Onlayn ictimai-siyasi qəzet
İsrailin şimal bölgəsində bir neçə ünvanda ardıcıl hücumlar baş verib.
Musavat.com xəbər verir ki, hadisələr nəticəsində iki nəfər həlak olub, iki nəfər isə yaralanıb. Bu barədə İsrail polisi məlumat yayıb.
Məlumata görə, hücum edən şəxs əvvəlcə 71 saylı avtomobil yolunda 18 yaşlı qızı bıçaqlayaraq öldürüb. Bundan sonra o, avtomobillə hərəkət edərək Beyt-Şean ərazisində 68 yaşlı kişini vuraraq qətlə yetirib.
Hücumların davamı olaraq avtomobilin vurması nəticəsində 16 yaşlı yeniyetmə də xəsarət alıb. Onun vəziyyətinin yüngül olduğu bildirilir. Bundan əlavə, Afula yaxınlığında 35 yaşlı kişi yaralanıb və orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hücum edən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb və zərərsizləşdirilib. Hazırda insidentin terror motivli olub-olmadığı araşdırılır.
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ