İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəbhədə növbəti itkilər-Rusiya ordusu iki kəndi ələ keçirdiyini elan etdi

Rusiya-Ukrayna müharibəsinin ön xəttində hərbi əməliyyatların coğrafiyası genişlənməkdə davam edir.

Musavat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi tərəfindən yayılan son rəsmi məlumatlara görə, Rusiya Silahlı Qüvvələri Ukraynanın iki fərqli regionunda daha iki yaşayış məntəqəsini nəzarətə götürüb. Söhbət Zaporojye vilayətindəki Çarivnoe və Xarkov vilayətindəki Çaykovka kəndlərindən gedir. Rusiya hərbi komandanlığı bu irəliləyişin taktiki üstünlük qazandırdığını və cəbhənin həmin istiqamətlərində müdafiə xəttinin yarıldığını iddia edir. Lakin Ukrayna tərəfi bu iddialarla razılaşmır. Ukraynanın "DeepState" hərbi monitorinq resursunun yaydığı məlumata əsasən, hər iki yaşayış məntəqəsi hələ də Ukrayna Silahlı Qüvvələrinin (USQ) nəzarəti altındadır və həmin ərazilərdə şiddətli döyüşlər davam edir.

Hazırda bu kəndlərin statusu ilə bağlı tərəflərin yaydığı ziddiyyətli məlumatlar cəbhədəki qeyri-müəyyənliyi artırır. Hərbi ekspertlər bildirirlər ki, həm Zaporojye, həm də Xarkov istiqamətindəki bu yaşayış məntəqələri strateji yolların kəsişməsində yerləşdiyi üçün tərəflər arasında prinsipial əhəmiyyət kəsb edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR