Onlayn ictimai-siyasi qəzet
Harvard Universitetində uzun illər çalışan və ABŞ Müharibə Nazirliyindən maliyyə alan alim Çarlz Liber Çinin Şençjen şəhərində fəaliyyət göstərən i-BRAIN neyrotexnologiya institutuna rəhbər təyin olunub.
Musavat.com xəbər verir ki, Çin hakimiyyəti “beyin-kompüter” interfeysləri üzrə araşdırmaları milli prioritet elan edib. Bu texnologiyaların gələcəkdə hərbi sahədə istifadə oluna biləcəyi bildirilir.
Məlumata görə, Liber əvvəllər ABŞ-də Çinlə əlaqələrini gizlətmək ittihamı ilə məhkəmə qarşısına çıxarılmışdı. Qalmaqaldan sonra Harvarddan uzaqlaşdırılan alim hazırda Çin dövlət tədqiqat sistemində fəaliyyət göstərir.
Musavat.com
08 Iyun 2026
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ