İnsanlara hürriyət, millətlərə istiqlal!

Cüdoçumuz finalda

Azərbaycan cüdoçusu Zelim Tçkayev Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində finala vəsiqə qazanıb.

Musavat.com xəbər verir ki, idmançı yarımfinalda qazaxıstanlı Abilayxan Jubanazarı qızıl xalla məğlub edib.

Qeyd edək ki, ötən gün Balabəy Ağayev (60 kq) qızıl mükafata sahib çıxıb. Ruslan Paşayev (66 kq) isə bürünc medal qazanıb.

Xatırladaq ki, “Böyük Dəbilqə” bu gün başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR