İnsanlara hürriyət, millətlərə istiqlal!

Danla Biliç xəstəxanaya yerləşdirildi

Türkiyəli fenomen Danla Bilicin səhhəti ilə bağlı yayılan iddia narahatlıq yaradıb.

Musavat.com xəbər verir ki, Danla Bilic bu gün səhər saatlarında təcili xəstəxanaya yerləşdirilib. Bildirilir ki, o, şəhər xaricindən gələcək həkim tərəfindən təcili əməliyyat olunacaq.

Qeyd edək ki, Danla Bilic illər əvvəl keçirdiyi Aquafilling estetik prosedurundan sonra ağır fəsadlar yaşadığını açıqlamışdı. O, həmin əməliyyatın ən böyük peşmançılığı olduğunu deyərək, yaranan problemlər səbəbindən indiyədək 6 dəfə əməliyyat masasına uzandığını bildirmişdi.

Hələlik Danla Bilicin səhhəti ilə bağlı rəsmi açıqlama verilməyib.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2026

14 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR