İnsanlara hürriyət, millətlərə istiqlal!

DİM-in tələskənliyi minlərlə gəncin gələcəyini sual altına qoydu - Ekspertdən SƏRT AÇIQLAMA

Azərbaycanda ali təhsil müəssisələrinə qəbul nəticələrinin açıqlanması ilə hər il minlərlə gənc tələbə adını qazanmağın sevincini yaşasa da, prosesin davamında tətbiq olunan mexanizmlər və Dövlət İmtahan Mərkəzinin (DİM) sərgilədiyi tələskənlik həm abituriyentlər, həm də mütəxəssislər tərəfindən ciddi narahatlıqla qarşılanır. Xüsusilə nəticələrin elan olunmasından dərhal sonra ikinci mərhələ ilə bağlı tarixlərin həddindən artıq qısa müddətdə və heç bir real qeydiyyat statistikası gözlənilmədən açıqlanması qəbul prosesində əsas problem kimi diqqət çəkir.

Fuad Hacıyev evimizi satdırdı, 50 min manatımızı aldı” - SƏNƏD Pravda.az

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən tanınmış təhsil eksperti Fuad Hacıyev qeyd edib ki, qəbul prosesi sadəcə rəqəmləri elan edib dərhal növbəti mərhələyə keçməkdən ibarət olmamalıdır, əks halda bu, minlərlə gəncin hüquqlarının pozulmasına və plan yerlərinin mənasız şəkildə boş qalmasına gətirib çıxarır: "DİM-in bu sahədə atdığı addımlar həddindən artıq tələsik və düzgün planlaşdırılmamış görünür, çünki əvvəlcə birinci mərhələdə qəbul olunan şəxslərin faktiki qeydiyyatı tam şəkildə tamamlanmalıdır, yalnız bundan sonra universitetlərdə real olaraq neçə boş yer qaldığı dəqiq müəyyən edilməli və ikinci tur həmin boş yerlər üzrə qurulmalıdır."

Onun sözlərinə görə, istənilən universitetə qəbul olmaq hələ avtomatik olaraq həmin müəssisədə faktiki tələbə olmaq demək deyil, çünki qəbul olunanların müəyyən hissəsi müxtəlif səbəblərdən – artıq xaricdə təhsilə üstünlük verdikləri, qəbul olduqları ixtisası bəyənmədikləri, ödənişli təhsil haqqını ödəyə bilmədikləri və ya bir il gözləyib yenidən imtahan verməyə qərar verdikləri üçün ümumiyyətlə qeydiyyatdan keçməyəcəklər: "Nəticədə kağız üzərində dolu görünən minlərlə plan yeri qeydiyyat prosesi başa çatdıqdan sonra faktiki olaraq boş qalır və əsas məsələ həmin faizin neçə olmasında deyil, real boş yerlərin sayının qeydiyyatdan əvvəl bilinməməsindədir."

Ekspert vurğulayıb ki, beynəlxalq təcrübədə, məsələn, Türkiyə modelində olduğu kimi əvvəlcə əsas qəbul elan edilir, qeydiyyat mərhələsi keçirilir, daha sonra boş qalan yerlər və yedək namizədlər üzrə proses davam etdirilir ki, bu da həm universitet, həm tələbə, həm də dövlət üçün ən məntiqli sistemdir: "Təsəvvür edin ki, hansısa universitetdə 100 plan yeri var və birinci mərhələdə hamısı dolur, amma qeydiyyat zamanı həmin 30 nəfər universitetə gəlmədiyi üçün faktiki 30 boş yer yaranır; əgər ikinci mərhələ real vəziyyət aydınlaşmadan təşkil olunursa, bu yerlər vaxtında başqa namizədlərə təqdim edilmir və bir tərəfdə boş yer qalır, digər tərəfdə isə cəmi bir neçə bal fərqlə kənarda qalan, oxumaq istəyən gənc olur."

Fuad Hacıyev hesab edir ki, DİM bu məsələdə daha təmkinli davranmalı, əsas qəbul, qeydiyyat, faktiki boş yerlərin müəyyənləşdirilməsi və yalnız bundan sonra ikinci tur ardıcıllığına əsaslanan mexanizm qurmalıdır, çünki minlərlə gəncin gələcəyinə birbaşa təsir edən belə həssas prosesdə əsas məqsəd mərhələləri tez bitirmək deyil, onları məntiqi və ədalətli şəkildə təşkil etməkdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

30 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR