İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Departamenti: Türkiyə hələ F-35 üçün zəruri olan tələblərə cavab vermir

Dövlət Departamenti Konqresə məktub göndərərək Türkiyənin hələ də F-35 qırıcı təyyarələrinin satışı üçün zəruri tələblərə cavab vermədiyini bildirib.

Musavat.com xəbər verir ki, məlumatı 22 iyulda göndərilmiş olan sənədi əldə edən Fox News yayıb. Məktubda qeyd olunub ki, ABŞ qanunvericiliyi Ankaranın Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinə və əlaqəli avadanlıqlara sahib olduğu müddətcə və gələcəkdə onları almamaq öhdəliyi götürənə və "Konqres tərəfindən müəyyən edilmiş digər sertifikatlaşdırma tələblərinə" cavab verənə qədər F-35-lərin Türkiyəyə verilməsini qadağan edir. Dövlət Departamentinin Kapitoli təpəsinə göndərilən sənədində deyilir: "Türkiyə hələ bu şərtlərə cavab vermir".

Türkiyə 2017-ci ildə Rusiyadan dörd batalyon S-400 hava hücumundan müdafiə sistemi aldıqdan sonra F-35 proqramından kənarlaşdırılıb. 7-8 iyul tarixlərində Ankarada keçirilən NATO sammitindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın ölkəyə F-35 qırıcı təyyarələrinin çatdırılmasına müsbət yanaşdığını bildirib. Tramp özü də bildirib ki, o, Türkiyəyə qırıcı təyyarələrin satışını təsdiqləməyə meyllidir. Bununla belə, o, hələlik yekun qərarın verilmədiyini və mümkün tədbirlərin qiymətləndirildiyini vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR