İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçinin qızı atasından danışdı: “Onun yoxluğu bizim üçün...” - VİDEO

Xəbər verdiyimiz kimi, Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatının ildönümü ilə əlaqədar Fəxri xiyabanda anım mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, mərasimdə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, yazıçının qızı Günay Əfəndiyeva da iştirak edib.

Günay Əfəndiyeva ailə üzvləri adından anım mərasiminə qatılan ədəbiyyat və mədəniyyət xadimlərinə, ziyalılara, həmçinin Elçinin dostlarına və həmkarlarına minnətdarlığını bildirib.

O, mərasim iştirakçıları ilə atasına dair xatirələrini bölüşüb, Elçin Əfəndiyevin şəxsiyyəti və yaradıcılığı haqqında danışıb.

Günay Əfəndiyeva qeyd edib ki, Elçin Əfəndiyev Azərbaycan ədəbiyyatında silinməz iz qoymuş böyük sənətkardır. Onun zəngin ədəbi irsi və Azərbaycan mədəniyyətinə verdiyi töhfələr daim yaşayacaq.

Yazıçının qızı atasının ailəsi üçün yalnız böyük ədib deyil, həm də qayğıkeş ata və doğmalarına bağlı insan olduğunu vurğulayıb.

Könül 
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR