İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərbildə ABŞ konsulluğu yaxınlığında hava hücumundan müdafiə sistemi işə düşüb

İraqın Ərbil şəhərində ABŞ konsulluğu ərazisində hava hücumundan müdafiə sistemi aktivləşib. 

Musavat.com xəbər verir ki, yayılan məlumatlara görə, konsulluqda yerləşdirilən “Siram” hava hücumundan müdafiə sistemi intensiv şəkildə atəş açıb. Hadisənin səbəbi və hədəfin olub-olmaması ilə bağlı rəsmi açıqlama verilməyib.

Ərbildəki ABŞ diplomatik obyektləri daha əvvəl də regiondakı gərginlik fonunda mümkün hücum təhdidləri ilə əlaqədar yüksək hazırlıq vəziyyətinə gətirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR