Onlayn ictimai-siyasi qəzet
Baykar şirkətinin texniki direktoru (CTO), Türkiyənin aparıcı müdafiə sənayesi mühəndisi, Prezident Rəcəp Tayyip Ərdoğanın kürəkəni Selçuk Bayraktar kimlik və birlik anlayışı ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
Musavat.com xəbər verir ki, Bayraktar etnik mənsubiyyətdən daha çox, İslam amilinin cəmiyyəti birləşdirən əsas dəyər olduğunu vurğulayıb.
Selçuk Bayraktar bildirib ki, özünü “türk müsəlman” kimi hiss edir və tarixi şəxsiyyətləri ortaq əcdadlar kimi qəbul edir:
“Biz etnik olaraq bir millət deyilik. Biz Səlahəddin Əyyubinin də, Fateh Sultan Mehmetin də, Eyüp Sultanın da nəvələriyik. Onların hər biri fərqli etnik qrupdan idi, amma bizim üçün əcdaddırlar”.
Bayraktar qeyd edib ki, Robert Kollecində və Massachusetts Texnologiya İnstitutunda (MIT) təhsil almasına baxmayaraq, öz dəyərlərini dəyişməyib:
“Buna baxmayaraq, özümü dəyişməmişəm, hələ də ‘laz uşağı’ kimi qalmışam. Mən kürdün, lazın, çərkəzin və türkün hər birinin fərdiyəm. İslam amilini bizi birləşdirmək üçün daha vacib hesab edirəm”.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ