İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan əsir vəziyyətinə düşüb, açarı Azərbaycanın əlindədir” – İrəvanda seçki qarşıdurması

Həbsdə olan Andranik Tevanyanın həyat yoldaşı Elmira Tevanyan “Çiçəklənən Ermənistan” partiyasının mitinqində çıxış edərək onun müraciətini oxuyub.

Musavat.com xəbər verir ki, Andranik Tevanyan Ermənistanın müxalif “Ana Ermənistan” hərəkatının lideri və parlament seçkilərində iştirak edən siyasi fiqurlardan biridir. Müraciətdə bildirilib ki, Andranik Tevanyan saxta ittiham əsasında həbs olunub. Bununla yanaşı, o və silahdaşlarının əsas narahatlığının ölkənin taleyi olduğu vurğulanıb. Müraciətdə ölkənin idarəçiliyinin “Azərbaycanın adamı” adlandırılan şəxsin əlində olduğu iddia edilib.

“Ermənistan əsir vəziyyətinə düşəndə heç kim azad ola bilməz. Biz azadlıq mübarizəsi aparmalı və həqiqətən erməni hakimiyyəti formalaşdırmalıyıq. İyunun 7-si sadəcə seçki deyil. Bu, müstəqillik və yaşamaq hüququ uğrunda referendumdur”, - müraciətdə qeyd olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR