İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Silahlı Qüvvələrində tarixi dəyişiklik – ordudakı keşişlər...

Ermənistan Silahlı Qüvvələrində xidmət edən təxminən 30 hərbi kapellan Müdafiə Nazirliyinin qərarı ilə ordudakı fəaliyyətini dayandırıb.

Musavat.com xəbər verir ki, həmin keşişlər xidmət yerlərini tərk edərək Eçmiədzinə geri qayıdıblar.

Bu barədə Erməni Apostol Kilsəsinin Birinci Taxt-Tacının informasiya xidmətinin rəhbəri, keşiş Yesai Artenyan məlumat verib. O bildirib ki, Müdafiə Nazirliyinin müvafiq qərarı fevralın 1-dən qüvvəyə minib və proses məhz bu tarixdən sonra icra olunub.

Məlumata görə, indiyədək Ermənistan ordusunda ümumilikdə 42 hərbi keşiş fəaliyyət göstərirdi. Yeni qərardan sonra onlardan yalnız 8 nəfəri orduda qalacaq. Həmin şəxslər çağırışçı hərbi qulluqçular olub, diakon statusunda xidmət edirlər.

Qalan 34 keşiş isə Silahlı Qüvvələrdə könüllü əsaslarla fəaliyyət göstərib. Qərarla onların hərbi hissələrdə daimi xidmətinə son qoyulub.

Bu addım təkcə inzibati dəyişiklik deyil, eyni zamanda əsrlər boyu erməni cəmiyyətində müsəlmanlara, xüsusilə də azərbaycanlılara qarşı nifrət ideologiyasını yayan kilsə təsirinin ordudan təmizlənməsi baxımından son dərəcə mühüm hadisədir. Yüz illərdir erməni kilsəsinin verdiyi radikal və aqressiv qərarlar ermənilərin azərbaycanlılara qarşı düşmənçilik ruhunda formalaşmasında əsas rol oynayıb.

Bununla yanaşı, erməni kilsəsi tarixən Rusiyanın nəzarəti altında hərəkət edərək siyasi və hərbi elita daxilində şəbəkələnib, orduda və idarəetmə strukturlarında təsir imkanları qazanıb. Məhz bu mexanizm vasitəsilə Kremlin maraqlarına xidmət edən kadrların və casus şəbəkələrinin formalaşdırılması illərlə davam edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR