Onlayn ictimai-siyasi qəzet
Ermənistanda qarşıdan gələn parlament seçkiləri ərəfəsində siyasi qüvvələr arasında yeni birləşmə elan olunub.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, qatı revanşist və faşist mövqeyi ilə seçilən Avetik çalabyanın rəhbərlik etdiyi “Ayakve” təşkilatı ilə, siyasi görüşlərinə görə ondan geri qalmayan Arman Tatoyanın lider olduğu “Birliyin Qanadları” seçkilərdə birgə iştirak etmək barədə razılığa gəlib.
Məlumata görə, Arman Tatoyan və “Avetik Çalabyan əməkdaşlıq memorandumu imzalayıblar. Sənəddə vahid siyasi gündəliyin formalaşdırılması üçün qüvvələrin birləşdirildiyi qeyd olunub.
Memoranduma əsasən, tərəflər qarşıdakı parlament seçkilərində “Birliyin Qanadları” platforması əsasında birgə iştirak edəcəklər.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ