İnsanlara hürriyət, millətlərə istiqlal!

FBİ-da tapılan “Russiagate” sənədləri açıqlanacaq

FBI direktoru Kaş Patel bildirib ki, büro qərargahında aşkarlanan sənədlər — o cümlədən Trampın seçki qərargahının Rusiya ilə əlaqələri üzrə aparılan “Russiagate” araşdırmasına dair məxfi materiallar — tam şəkildə ictimaiyyətə təqdim olunacaq.

Musavat.com xəbər verir ki, Patel qeyd edib ki, sənədlər demək olar ki, məhv edilmişdi, lakin onları bərpa etmək və araşdırmanın real mənzərəsini üzə çıxarmaq mümkün olub.

Direktor əlavə edib ki, materiallar Konqresə tam həcmdə təqdim ediləcək və istintaqın gedişi, həmçinin əvvəlki rəhbərlik dövründə sənədlərlə aparılan manipulyasiyalar barədə bütün məlumatlar açıqlanacaq.

FBI rəhbəri vurğulayıb ki, prosesin əsas məqsədi “illərlə davam edən siyasi manipulyasiyanın və qurama ittihamların” tam ifşasıdır.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR