İnsanlara hürriyət, millətlərə istiqlal!

Fidan: Ankara–İrəvan prosesi tam şəkildə Bakı ilə koordinasiya olunur

Musavat.com xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan 2025-ci ildə Ankara–İrəvan münasibətlərinin normallaşdırılması prosesinin yalnız Azərbaycanla tam koordinasiya əsasında aparıldığını bəyan edib.

Nazir bildirib ki, Türkiyə bölgədə davamlı sülhün təmin olunması və tərəflərin qarşılarındakı tarixi fürsətdən maksimum yararlanması üçün bütün zəruri addımları atmağa davam edəcək.

Musavat.com xəbər verir ki, Fidan növbəti mərhələdə də prosesin Bakı ilə birgə xətt üzrə davam etdiriləcəyini vurğulayıb. Onun sözlərinə görə, Ankara regionda sabitliyə töhfə verəcək hər addımı atmağa hazırdır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR