İnsanlara hürriyət, millətlərə istiqlal!

Generaldan sonra panika: Dövlət Duması hərbçilərə maşının altını yoxlamağı tövsiyə etdi

Rusiyada general Sarvarovun zərərsizləşdirilməsindən sonra Rusiya Dövlət Dumasında təhlükəsizlik mövzusunda diqqətçəkən çağırış səslənib.

Musavat.com xəbər verir ki, Dövlət Dumasının deputatı Andrey Kolesnik Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndələrinin antiterror davranışları üzrə xüsusi təlimlərdən keçməli olduğunu bildirib.

Deputatın sözlərinə görə, yüksək rütbəli hərbçilər avtomobillərinin alt hissəsini yoxlamaq üçün xüsusi güzgülərlə təmin edilməlidir. O qeyd edib ki, mövcud risklər fonunda təkcə mühafizə tədbirləri kifayət etmir, hərbçilərin gündəlik şəxsi təhlükəsizlik vərdişləri də gücləndirilməlidir.

Andrey Kolesnik hesab edir ki, avtomobillərin altının mütəmadi yoxlanılması mümkün təhdidlərin vaxtında aşkarlanmasına və qarşısının alınmasına imkan verə bilər. Onun fikrincə, bu cür sadə, lakin effektiv tədbirlər potensial terror risklərinin önlənməsində mühüm rol oynaya bilər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR