İnsanlara hürriyət, millətlərə istiqlal!

Gərginlik pik həddə: Almaniya HHQ komandanı Kremlə...

Almaniya Hərbi Hava Qüvvələrinin komandanının açıqlaması Rusiyaya qarşı yeni müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, Almaniya Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Holger Noymann “The Telegraph” nəşrinə müsahibəsində zərurət yaranacağı təqdirdə Rusiyanın Kalininqrad vilayəti, Sankt-Peterburq, Moskva, Kolski yarımadası və Qara dəniz istiqamətində fəaliyyət göstərməyə hazır olduqlarını bildirib.

Noymann NATO-nun təhlükəsizliyinin alyansın bütün ərazilərinə şamil edildiyini vurğulayıb və hər hansı təhlükə qarşısında lazımi addımların atılacağını qeyd edib.

“Hamıya aydın olmalıdır ki, fərqli təhlükəsizlik səviyyələrinə malik zonalar yoxdur. NATO – NATO-dur, son santimetrinədək. Düşünürəm ki, təhlükəsizlik baxımından müşahidə aparmaq və lazım gələrsə, hərəkət etmək üçün bütün imkanlarımızı səfərbər etməliyik”, – deyə Almaniya Hərbi Hava Qüvvələrinin komandanı bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR