İnsanlara hürriyət, millətlərə istiqlal!

Gökhan Özen evləndi

“Aramazsan Arama”, “Tabir-i Caizse”, “Dayanamam”, “Budala” və “Duman Gözlüm” kimi məşhur mahnıları ilə geniş pərəstişkar kütləsi qazanan müğənni Gökhan Özen sevgilisi Naz Canbazla nikah masasına oturub.

Cütlüyün xoşbəxtliyi nikah mərasimində də diqqətdən yayınmayıb. Naz Canbaz isə sadə gəlinliyi və zövqlü görünüşü ilə göz qamaşdırıb.

Gökhan Özen sevgilisini ilk dəfə ötən il paylaşmışdı

Məşhur müğənni ötən il 25 illik sənət karyerası ərzində şəxsi həyatını diqqət mərkəzindən uzaq tutmağa üstünlük verdiyini açıqlamışdı.

Özen sevgilisi ilə bağlı yayılan söz-söhbətlərə son qoymaq üçün onunla birlikdə çəkdirdiyi fotonu sosial media hesabında paylaşmışdı. Müğənni həmin vaxt münasibətinin olduğunu təsdiqləyərək sevgilisinin kimliyinin media qurumları tərəfindən araşdırıldığını bildirmişdi.

“Münasibətimi kameralardan uzaq yaşamağa üstünlük verirəm”

Gökhan Özen sevgilisinin adının Naz olduğunu və Türkiyədəki musiqi prodakşn şirkətində sosial media meneceri kimi çalışdığını demişdi.
Müğənni münasibəti barədə açıqlamasında mediadan şəxsi həyatına hörmət etməyi xahiş etmişdi. O, münasibətini kameralardan uzaq yaşamağa üstünlük verdiyini və bu sayədə sevgilisi ilə həyatını daha təbii şəkildə davam etdirmək istədiyini vurğulamışdı.

Gökhan Özenin xoşbəxt günü

Gökhan Özen və Naz Canbaz münasibətlərini nikahla rəsmiləşdiriblər. Nikah mərasimindən çəkilən fotolar sosial mediada geniş marağa səbəb olub.

Sadə gəlinlik seçimi ilə diqqət çəkən Naz Canbazın görünüşü də sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.

“Biz bunu ən sadə və səmimi şəkildə etmək istədik”

Gökhan Özen evlilik xəbərini sosial media hesabında paylaşdığı mesajla duyurub.

Müğənni paylaşımında doğru insanı tapdıqda hər şeyin öz yerinə oturduğunu qeyd edərək sevgi, hörmət və sədaqətin münasibətlərdə əsas dəyərlər olduğunu vurğulayıb.

O bildirib ki, məqsədləri iki insanın ömürlərini birləşdirmək olduğu üçün mərasimi dəbdəbədən və nümayişdən uzaq, sadə və səmimi şəkildə keçirməyi seçiblər.

Müğənni paylaşımının sonunda onları təbrik edən hər kəsə əvvəlcədən təşəkkür edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR