İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan spikeri: Ermənistan və Azərbaycan sülhü regionun gələcəyini açır

Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra region ölkələri gələcəyə fokuslanmalı və Cənubi Qafqazı vahid inkişaf məkanı kimi dərk etməlidirlər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili danışıb.

Papuaşviliyə görə, həm Bakı, həm də İrəvan hazırda balanslaşdırılmış siyasət yürüdür və bütün tərəfdaşlarla əməkdaşlıq etməyə çalışır ki, bu da xalqların rifahına xidmət edir.

“Sülh sazişi bağlandıqdan sonra əsas məsələ regionun ümumi inkişaf məkanına çevrilməsidir. Ölkələr bir-birini gücləndirməli, suverenliyi möhkəmləndirməli və insanların həyat səviyyəsini yaxşılaşdırmalıdır”, – deyə o vurğulayıb.

Gürcüstan spikeri həmçinin yerli müxalifəti ölkənin xarici siyasətini “xaricdən idarə olunan” mövqe kimi təqdim etməkdə tənqid edib.

Onun sözlərinə görə, rəsmi Tiflis Ermənistan və Azərbaycanla bölgənin gələcəyi üzrə ortaq planların müzakirəsində maraqlıdır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR