İnsanlara hürriyət, millətlərə istiqlal!

Hansı qurum dövlət zəmanəti ilə və nə qədər kredit götürüb? - Nazirlik açıqladı

2026-cı ilin 01 iyul tarixinə Azərbaycanın xarici dövlət borcu portfelinin 43,6 faizi hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 56,4 faizi isə digər icraçı qurumlar tərəfindən dövlət zəmanəti ilə götürülmüş borclardan ibarət olub.

Musavat.com Maliyyə Nazirliyinin bülleteninə istinadən xəbər verir ki, ümumi məbləği 4 milyard 616,8 milyon ABŞ dolları təşkil edən xarici borcun 2 milyard 13,7 milyon dolları Maliyyə Nazirliyinin, 774,6 milyon dolları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, 751,0 milyon dolları “Azərbaycan Dəmir Yolları” QSC-nin, 548,2 milyon dolları Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, 190,4 milyon dolları Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin, 105,2 milyon dolları Kənd Təsərrüfatı Nazirliyinin, 233,7 milyon dolları digər dövlət qurumlarının götürdüyü borclardır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR