Onlayn ictimai-siyasi qəzet
Mərhum aktyor, Əməkdar artist Həsən Əblucun həyat yoldaşı Firəngiz Əbluc bu gün vəfat edib.
Musavat.com bildirir ki, bu barədə aktyorun qızı Elnaz Əbluc Həsən məlumat yayıb.
O, sosial media hesabında anasının son görüntülərini yayaraq, qeyd edib:
“Axı sən düzəlirdin. Hər orqanın sağ-salamat idi. Bu reanimasiya mikrobu, bir də baxımsız yaralar səni öldürdü. Bu video sənin hamı ilə vidalaşmağını əks etdirir. Niyə məni tək qoydun?”.
Xatırladaq ki, Firəngiz Əbluc səhhətində yaranmış problemlər ilə bağlı bu ilin may ayında xəstəxanaya yerləşdirilmişdi.
Xalidə,
Musavat.com
14 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ