Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə tarix elmləri doktoru Həsən Həsənovun təqdimatında “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar keçirilir.
Musavat.com xəbər verir ki, tarixçi alim Albaniyanın yaranma tarixi barədə ətraflı məlumat verib:
“Albaniya Atropatenanın bölgəsi olub. 7 əsrdən sonra müstəqilliyini elan edib. Atropatena Makedoniyalı İsgəndərin imperiyasının dağılmasından sonra deyil, daha əvvəl yaranıb. Atropatenanın yaranma tarixi e.ə. VII əsrə, konkret olaraq e.ə. 612-ci ilə aiddir. Albaniya eramızdan əvvəl VII əsrdə Atropatena yarandığı zaman onun tərkibində olub. Alban tayfalarının yaşadığı ərazi də həmin dövrdə Atropatenanın tərkibinə daxil idi. E.ə. VII əsrdən eramızdan əvvəl I əsrə qədər, yəni təxminən 700 il ərzində bu alban torpağı alban əhalisi ilə birlikdə Atropatenanın tərkibində olub. Yalnız I əsrdə Atropatena tərkibindən ayrılaraq müstəqilliyini elan edib. Albaniya göydəndüşmə dövlət deyil. VII əsrdə Atropatena yarananda onun tərkibində idi. Albanlar da həmin ərazidə yaşayırdılar və yeddi əsr orada qalandan sonra müstəqilliklərini elan ediblər. Albaniya Atropatenanın törəməsidir”.
Nigar Həsənli
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ