Onlayn ictimai-siyasi qəzet
Mauro İkardinin agenti Elio Pino “Qalatasaray”ın ulduz oyunçusu ilə bağlı yayılan transfer xəbərlərinə aydınlıq gətirib.
Menecer 32 yaşlı futbolçunun transfer xəbərlərini təkzib edib.
O bildirib ki, "İkardi tamamilə “Qalatasaray”la maraqlanır. Transfer xəbərləri hazırda tamamilə xəyaldır".
Qeyd edək ki, bu yaxınlarda İtaliya mediasında “Milan”, “Roma” və “Komo” kimi klubların İkardi ilə maraqlandığına dair xəbərlər yayımlanmışdı.
Xatırladaq ki, “Qalatasaray”da cəmi 111 oyun keçirən Mauro İkardi 71 qol vurub və 22 məhsuldar ötürmə edib./Offsideplus.az
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ