Onlayn ictimai-siyasi qəzet
İran mollaları bütpərəstliyə keçir – Tehranda yeni heykəl mübahisə doğurdu
İranın rəsmi dairələri dünən Tehranın ən böyük meydanlarından biri olan İnqilab meydanında yeni monumental heykəl-kompozisiyanı təqdim edib. Kompozisiyada Roma imperatoru Valerian Sasani imperiyasının hökmdarı Şapurun qarşısında diz çökərək təslim olur.
Musavat.com xəbər verir ki, III əsrə aid tarixi səhnəni əks etdirən bu abidə İran ictimaiyyətində və regionda geniş rezonans doğurub.
Heykəl “İslam Respublikası”nın mədəni siyasətində diqqətçəkən dönüş kimi dəyərləndirilir, çünki burada islamqabağı dövrün simvolları və bütpərəst elementlər ön plana çıxarılır. Bununla yanaşı, təqdimat mərasimində daha bir simvolik abidə də açılıb – İnqilab Keşikçiləri Korpusunun (Sepah) döyüşçüsü ilə qədim fars döyüşçüsünün birgə tutduğu nizə forması. Bu görüntü rəsmi təbliğatda “keçmişlə bu günün vahid gücü” kimi təqdim olunur.
Müşahidəçilərin fikrincə, İsraillə müharibənin başlanmasından sonra Tehran islam kimliyi ilə yanaşı, milli-fars ideologiyasını da gücləndirməyə çalışır. Beləliklə, bir zamanlar dinə zidd sayılan Sasani və Zərdüşti simvolları indi dövlət ideoloji xəttinin əsas hissəsinə çevrilməkdədir.
Musavat.com
01 Sentyabr 2026
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ