İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda sui-qəsd TƏŞVİŞİ: Məşhur generalların SAATLARDA MOSSAD İZLƏMƏSİ!

İranda yüksək vəzifəli dövlət və hərbi rəsmilərinin ictimai tədbirlərdə taxdıqları ağıllı saatlar (smartwatch) ölkənin kəşfiyyat qurumlarını ayağa qaldırıb.

Musavat.com xəbər verir ki, "Al Hadath" telekanalı iranlı mühafizəkar siyasi analitik Əli Qolhəkiyə istinadla Tehranın ən yuxarı eşelonunda dəhşətli bir xəbərdarlığın edildiyini yayıb.

Məlumata görə, sözügedən elektron saatların düşmən xarici kəşfiyyat orqanları (xüsusən MOSSAD) tərəfindən canlı dinlənilmə, dəqiq koordinat izləməsi və ya gözlənilməz sui-qəsd həmlələrində istifadə edilməsi riski Tehranı bürüyüb.

Ekspert Əli Qolhəki kəşfiyyat təhlükəsi altında olan və ağıllı saat istifadə etdiyi görünən rəsmilər arasında İran Mülki Müdafiə Təşkilatının rəhbəri Cəlali, kritik infrastrukturun kiberhücumlardan qorunmasına cavabdeh Fərəhi və İranın ali rəhbərinin mərhum müşaviri Əli Şəmxaninin adlarını xüsusi vurğulayıb.

Qeyd edək ki, müasir ağıllı cihazlardakı GPS, gizli mikrofon və kameralar düşmən xüsusi xidmət orqanları üçün açıq casusluq vasitəsinə çevrilir.

Livanda peycer və rabitə vasitələtinin eyni anda patladılmasından sonra Tehranda elektron cihazlarla bağlı vahimə pik həddə çatıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR