Onlayn ictimai-siyasi qəzet
İrandan Azərbaycana 11 kiloqramdan (kq) çox narkotik gətirməkdə şübhəli bilinən TIR sürücüsü saxlanılıb.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçiridiyi əməliyyatlar zamanı nəticəsində narkotiklərin qeyd edilən cinayət əməlində şübhəli bilinən, ölkələrarası yükdaşıma fəaliyyəti ilə məşğul olan 47 yaşlı Emin Əhmədov saxlanılıb. Onun idarə etdiyi iritonnajlı yük maşınından 8 kq heroin və 3 kq-dan çox psixotrop maddə metamfetamin aşkarlanıb.
Araşdırmalarla müəyyən edilib ki, E.Əhmədov aşkar olunmuş narkotik vasitələri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə edərək qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirib. Saxlanılan şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
25 Avqust 2026
01:06 Qonşu ölkədə məktəbli forması məcburiləşir – tam dəstin qiyməti bəlli oldu, imtina edənləri...
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ